Tramp Çin lideri ilə çoxdandır danışmır

Tramp Çin lideri ilə çoxdandır danışmır ABŞ Prezidenti Donald Tramp Çinin sədri Si Szinpinlə danışıqları çoxdan kəsib.
Digər ölkələr
4 İyun , 2020 13:57
Tramp Çin lideri ilə çoxdandır danışmır

ABŞ Prezidenti Donald Tramp Çinin sədri Si Szinpinlə danışıqları çoxdan kəsib.

“Report” “RİA Novosti”yə xəbər verir ki, bunu Donald Tramp “Newsmax” telekanalına müsahibəsində açıqlayıb.

O, Çinin COVID-19 pandemiyasının yayılmasında məsuliyyət daşıdığını vurğulayaraq deyib: "Onlar başlanğıc mərhələdə virusun yayılmasının qarşısını almalı idi".

Bununla belə, ABŞ prezidenti Çin lideri Ci Szinpinə qarşı fərdi sanksiya tətbiq edilməsi məsələsinə baxılmadığını bildirib. 

Onun sözlərinə görə, ABŞ-ın sanksiyası səbəbindən son 67 ildə Çin iqtisadiyyatı ötən il ən pis vəziyyətdə olub : “Bununla belə, müxtəlif ölkələr tarixən dünyanın ən güclü dövlətlərindən biri olan Çinlə ticarət müqavilələri bağlamaya bilib”.

Son xəbərlər

Orphus sistemi