Tramp Camal Qaşıqçının qətli ilə bağlı istintaqın başa çatması müddətini açıqlayıb

Tramp Camal Qaşıqçının qətli ilə bağlı istintaqın başa çatması müddətini açıqlayıb Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətli ilə bağlı məlumatların tezliklə məlum olacağını vəd verib.
Digər ölkələr
23 Oktyabr , 2018 01:42
Tramp Camal Qaşıqçının qətli ilə bağlı istintaqın başa çatması müddətini açıqlayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətli ilə bağlı məlumatların tezliklə məlum olacağını vəd verib.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri CNN-ə müsahibəsində bildirib.

"Biz bir-iki gündən sonra nəyin baş verdiyini bilmək niyyətindəyik ", - deyə ABŞ lideri qeyd edib.

Prezident həmçinin qeyd edib ki, Səudiyyə krallığının jurnalistinin qətli şəraitinin araşdırılması üçün 1 aylıq müddət "əsassız şəkildə" uzundur.

"Washington Post" qəzeti üçün məqalələr yazan jurnalist Camal Qaşıqçı 2017-ci ildən ABŞ-da yaşayıb. O, məqalələrində Səudiyyə Krallığındakı vəziyyəti tənqidi şəkildə təsvir edib.

Son xəbərlər

Orphus sistemi