Donald Tramp: "Brexit" Böyük Britaniyaya fayda verəcək"

Donald Tramp: "Brexit" Böyük Britaniyaya fayda verəcək" Brexit baş tutmalıdır, o, Böyük Britaniyaya fayda verəcək.
Digər ölkələr
4 İyun , 2019 18:13
Donald Tramp: Brexit Böyük Britaniyaya fayda verəcək

"Brexit" baş tutmalıdır, o, Böyük Britaniyaya fayda verəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Hesab edirəm ki, o, baş tutacaq, baş tutmalıdır da... Məncə, o, ölkəyə fayda verəcək", - D.Tramp deyib.

Daha əvvəl ABŞ prezidenti rəsmi Londonu Aİ-dən çıxışla əlaqədar İttifaq qarşısındakı öhdəliklərin yerinə yetirməməsi səbəbilə Brüsselə ödənilməli olan 39 milyard funt sterlinq (təxminən, 50 milyard dollar) məbləğində təzminatı ödəməməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi