Tramp Argentinanın sualtı qayığının tapılması üçün kömək barədə göstəriş verib

Tramp Argentinanın sualtı qayığının tapılması üçün kömək barədə göstəriş verib Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Argentinanın Hərbi Dəniz Qüvvələrinə məxsus San-Xuan sualtı qayığının tapılması üçün göstəriş verib.
Digər ölkələr
23 Noyabr , 2017 04:15

Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Argentinanın Hərbi Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığının tapılması üçün göstəriş verib.

"Report"un məlumatına görə, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

"Mən çoxdan göyərtəsində 45 nəfərin olduğu itkin sualtı qayığın tapılması üçün Argentinaya kömək barədə göstəriş vermişəm. Amma daha vaxt qalmır", - deyə o "Twitter"-də yazıb.

Qeyd edək ki, Argentinanın Hərbi Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığı noyabrın 17-də, ölkə sahillərində itib. ABŞ-la yanaşı digər ölkələr, o cümlədən Rusiya da sualtı qayığın tapılması üçün Argentina hökumətinə kömək təklifini irəli sürüblər. 

Son xəbərlər

Orphus sistemi