Tramp amerikalılara polisə müqavimət göstərməməyi tövsiyə edib

Tramp amerikalılara polisə müqavimət göstərməməyi tövsiyə edib ABŞ prezidenti Donald Tramp bildirib ki, afroamerikalı Reyşard Bruksun Atlantada saxlanılması zamanı həlak olması çox pis yekunlaşıb.
Digər ölkələr
18 İyun , 2020 07:54
Tramp amerikalılara polisə müqavimət göstərməməyi tövsiyə edib

ABŞ prezidenti Donald Tramp bildirib ki, afroamerikalı Reyşard Bruksun Atlantada saxlanılması zamanı həlak olması "çox pis" yekunlaşıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Ağ Ev rəhbəri polisə müqavimət göstərməməyi məsləhət görüb.

"Beləliklə siz polis zabitinə müqavimət göstərə bilmirsiniz. Bu dəhşətli ziddiyyətlə bitdi. Və baxın, bu necə bitdi? Çox pis, çox", - Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Prezident həmçinin müdafiəçi Rolfun təqib zamanı atəş və partlayış səsinə oxşar səslərin eşidilməsi ilə bağlı sözlərinə istinad edib.

"Onlar (məhkəmədə - red) hər şeyi aydınlaşdırmalıdırlar. Bu ədalət məsələsidir. Ümid edirəm, o (Rolf - red) ədalətli qərar alacaq. Çünki bizim ölkəmizdə polislə qeyri-düzgün rəftar edirlər", - Tramp əlavə edib.

Afroamerikalı Reyşard Bruks Atlantada sərxoş vəziyyətdə polis tərəfindən saxlanılan zaman müqavimət göstərməyə başlayıb. Polis zabiti Qarrett Rolf ona atəş açıb. Xəsarət alan Bruks xəstəxanada ölüb. Prokurorluq Rolfu ölüm hadisəsində ittiham edib. O, işdən çıxarılıb. Keçmiş polis zabitinə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Atlantada afroamerikalının həlak olması ilə bağlı kütləvi etirazlar başlayıb. 

Son xəbərlər

Orphus sistemi