Tramp administrasiyası ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətindədir

Tramp administrasiyası ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətindədir Bakı. 3 may. REPORT.AZ/ Rəsmi Vaşinqton ABŞ-da Çin istehsalı olan bəzi telefonların satışını qadağan edən qanun layihəsinə baxır.
Digər ölkələr
3 May , 2018 03:33
Tramp administrasiyası ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətindədir

Bakı. 3 may. REPORT.AZ/ Rəsmi Vaşinqton ABŞ-da Çin istehsalı olan bəzi telefonların satışını qadağan edən qanun layihəsinə baxır.

"Report"un məlumatlna görə, bu barədə "The Wall Street Journal" xəbər verib.

Bildirilir ki, bu şirkətlər arasında "Huawei Technologies Co." və "ZTE Corp" da ola bilər. Həmin şirkətlərin telefonlarından hərbçilər istifadə edir.

ABŞ rəsmiləri bu telefonlarda casus avadanlığının olmasından şübhələnirlər. "Huawei" və "ZTE" isə analoji ittihamları qəti şəkildə rədd edir.

Vaşinqton aprelin 17-də Amerikanın texnoloji şirkətlərinə Çinin "ZTE" şirkətinin məhsullarının alışını qadağan edib.

Son xəbərlər

Orphus sistemi