Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxartmağın şərtini açıqlayıb

Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxartmağın şərtini açıqlayıb Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb.
Digər ölkələr
31 Yanvar , 2019 23:50
Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxartmağın şərtini açıqlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının hansı şərtlər altında Əfqanıstandan çıxarılmasına razılaşa biləcəyini açıqlayıb.

“Report” xəbər verir ki, Trampın sözlərinə görə, o, radikal "Taliban" hərəkatı ilə Əfqanıstan hakimiyyəti arasındakı vəziyyətin nizamlanması üzrə sülh razılaşması əldə olunacağı təqdirdə bu addımı atacaq.

"İlk dəfədir ki, onlar (taliblər) nizamlanma, saziş barədə danışırlar. Bu baş verərsə, biz öz adamlarımızı evə göndərəcəyik. Baxaq görək nə olur. Lakin ciddi danışıqlar birinci dəfədir aparılır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi