Tramp İranın nüvə proqramını bərpa etməsi halında ABŞ-nin yeni zərbə endirəcəyini istisna etmir - YENİLƏNİB

Digər ölkələr
  • 25 iyun, 2025
  • 13:11
Tramp İranın nüvə proqramını bərpa etməsi halında ABŞ-nin yeni zərbə endirəcəyini istisna etmir - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İrana yeni zərbə endirilə bilər.

“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri müvafiq suala müsbət cavab verib.

Onun sözlərinə görə, əgər Tehran uranın zənginləşdirilməsi proqramını bərpa edərsə, bu, mümkün olacaq.

12:42

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana uranı zənginləşdirməyə icazə verməyəcəyini bəyan edib.

"Report" “Sky News”ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Haaqada keçirilən NATO sammitində bildirib.

Tramp İsrail və İranın atəşkəs razılaşmasına nail olduqları üçün "çox qürur duyduğunu" bildirib.

Onun sözlərinə görə, atəşkəs hamı üçün, o cümlədən İran üçün qələbə olub.

Tramp, həmçinin ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən bəhs edib. O qeyd edib ki, bu "demək olar ki, tam məhv etmə" olub: "Mən hesab edirəm ki, bu tam məhv etmə idi. Onların hər hansı bir şeyi çıxarmaq şansı yox idi, çünki biz tez hərəkət etdik".

Gülnar Mahmudova

Son xəbərlər

Bütün Xəbər Lenti