Tramp ABŞ-ın tibb işçilərinə təşəkkür etdi

Tramp ABŞ-ın tibb işçilərinə təşəkkür etdi ABŞ prezidenti Donald Tramp bildirib ki, həkimlər, tibb bacıları ilə danışıb və onlara koronavirusla mübarizəyə görə təşəkkür edib.
Digər ölkələr
19 Mart , 2020 03:03
Tramp ABŞ-ın tibb işçilərinə təşəkkür etdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, həkimlər, tibb bacıları ilə danışıb və onlara koronavirusla mübarizəyə görə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

"Bu gün Amerika həkimləri və tibb bacıları ilə danışdım, onlara yorulmaq bilməyən işlərinə görə təşəkkür etdim. Həkimlər və tibb bacıları bu müharibədə qabaqcıldırlar və Amerikanın əsl qəhrəmanlarıdır! Onların köməyi ilə Amerika qalib gələcək”, - Tramp “Twitter”də yazıb.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 200 min nəfəri ötüb, xəstəlikdən 8 mindən çox insan ölüb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi