Tramp ABŞ-ın terrorizmlə mübarizə üzrə milli strategiyasını təsdiqləyib

Tramp ABŞ-ın terrorizmlə mübarizə üzrə milli strategiyasını təsdiqləyib Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların terrorçuluqla mübarizə sahəsində milli strategiyasını təsdiq edib.
Digər ölkələr
5 Oktyabr , 2018 01:38
Tramp ABŞ-ın terrorizmlə mübarizə üzrə milli strategiyasını təsdiqləyib

Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların terrorçuluqla mübarizə sahəsində milli strategiyasını təsdiq edib.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin məlumatında deyilir.

Trampın sözlərinə görə, onun tərəfindən təsdiqlənən strategiya ABŞ-ı müdafiə etməyə kömək edəcək, milli təhlükəsizliyi möhkəmləndirəcək, Vaşinqtonun səylərini ölkəni təhdid edən terror təşkilatlarına qalib gəlməyə yönəldəcək.

"Orada (sənəddə-red) ABŞ-ın daha mürəkkəb və inkişaf etməkdə olan terror təhlükələrinə qarşı mövqeyi ifadə olunur. Sənəd Birləşmiş Ştatların 2011-ci ildən terrorizmlə mübarizədə ilk genişmiqyaslı strategiyasıdır", - deyə ABŞ lideri bildirib. 

Son xəbərlər

Orphus sistemi