Tramp ABŞ-ın kəşfiyyat xidməti orqanlarına inanmadığını bildirib

Tramp ABŞ-ın kəşfiyyat xidməti orqanlarına inanmadığını bildirib Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerika kəşfiyyat xidməti orqanlarının İranın nüvə sazişinə əməl etməsi fikri ilə razı deyil.
Digər ölkələr
4 Fevral , 2019 03:29
Tramp ABŞ-ın kəşfiyyat xidməti orqanlarına inanmadığını bildirib

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerika kəşfiyyat xidməti orqanlarının İranın nüvə sazişinə əməl etməsi fikri ilə razı deyil.

“Report” xəbər verir ki, o bunu CBS telekanalına müsahibəsində deyib.

"Mənim kəşfiyyatım var, amma bu o demək deyil ki, mən onlarla razı olmalıyam", - deyə Tramp bildirib və Kiçik Corc Buşun İraqda hər növ kütləvi qırğın silahının olmasına dair kəşfiyyat məlumatlarına inanmasını nümunə gətirib.

"Kəşfiyyatın həmin əməkdaşları nə eetdiklərini tamamilə anlamırdılar və bizi iştirak etməyin heç vaxt lazım olmadığı müharibəyə cəlb etdilər", - deyə Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi