Tramp ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandiri postuna general Millerin namizədliyini irəli sürüb

Tramp ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandiri postuna general Millerin namizədliyini irəli sürüb İndi onun namizədliyi ABŞ Konqresinin Senatı tərəfindən nəzərdən keçirilməlidir
Digər ölkələr
30 May , 2018 07:16
Tramp ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandiri postuna general Millerin namizədliyini irəli sürüb

Bakı. 30 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp general-leytenant Ostin Millerin namizədliyini ABŞ və NATO-nun Əfqanıstandakı qoşunları komandanı vəzifəsinə irəli sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

İndi onun namizədliyi ABŞ Konqresinin Senatı tərəfindən nəzərdən keçirilməlidir. Uğur qazanacağı təqdirdə o, general Con Nikolsonu əvəz edəcək. Millər hazırda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş xüsusi əməliyyatlar komandanlığına rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi