Tramp: "ABŞ İrana qarşı ən yüksək səviyyəli iqtisadi sanksiyalar tətbiq edəcək"

Tramp: "ABŞ İrana qarşı ən yüksək səviyyəli iqtisadi sanksiyalar tətbiq edəcək" "Mən tezliklə İran rejiminə qarşı sanksiyaların geri qaytarılması barədə sərəncam imzalayacağam"
Digər ölkələr
9 May , 2018 02:28
Tramp: ABŞ İrana qarşı ən yüksək səviyyəli iqtisadi sanksiyalar tətbiq edəcək

Bakı. 9 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın vaxtlarda İrana qarşı sanksiyaların geri qaytarılması barədə sənəd imzalayacaq.

“Report” xəbər verir ki, onun sözlərinə görə, İran hökumətinin nüvə silahı əldə etməsini istəməyən digər ölkələr də ABŞ-ı dəstəkləyə bilər.

"Mən tezliklə İran rejiminə qarşı sanksiyaların geri qaytarılması barədə sərəncam imzalayacağam. Biz ən yüksək səviyyəli iqtisadi sanksiyalar tətbiq edəcəyik", — deyə Amerika lideri bildirib.

Bundan əvvəl Tramp ölkəsinin İranla nüvə sövdələşməsindən çıxdığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi