Tramp 2028-ci il seçkilərində ehtimal olunan varisinin adını açıqlayıb

Digər ölkələr
  • 06 avqust, 2025
  • 03:57
Tramp 2028-ci il seçkilərində ehtimal olunan varisinin adını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində vitse-prezident Cey Di Vensi özünün ehtimal varisi adlandırıb.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

O, Vensin özünün böyük ehtimal varisi və MAGA (“Amerikanı yenidən möhtəşəm et”) hərəkatının növbəti lideri olub-olmaması ilə bağlı sualı cavablandırıb. MAGA Trampın 2016-cı il seçki kampaniyasında əsas siyasi şüarı olub. Şüar ABŞ-də siyasi leksikonda geniş yayılıb.

Eyni zamanda Tramp faktiki olaraq Marko Rubionu Vensin müttəfiq, yəni vitse-prezident postuna iddialı kimi gördüyünü açıqlayıb. Sonuncu hazırda ABŞ dövlət katibidir - Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edir. "Düşünürəm ki, Marko yəqin ki, hansısa formada Jey Di ilə birlikdə hərəkət edəcək biri olacaq", - Tramp deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti