Toz fırtınası Çinin şimalını və Pekini cənginə alıb

Toz fırtınası Çinin şimalını və Pekini cənginə alıb Görüntü səviyyəsinin pisləşməsinə görə ölkənin hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib
Digər ölkələr
4 May , 2017 13:02
Toz fırtınası Çinin şimalını və Pekini cənginə alıb

Bakı. 4 may. REPORT.AZ/ Toz fırtınası Çinin şimalını, o cümlədən Pekini cənginə alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, havada zərərli maddələrin səviyyəsi yol verilən həddən bir neçə dəfə çoxdur.

Rəsmilər sakinlərə küçədə olduqları müddəti minimuma salmağı, yaşlılara və uşaqlara isə ümumiyyətlə, evdə qalmağı tövsiyə ediblər.

Qeyd edək ki, güclü külək qonşu Monqolustandan və Çinin Daxili Monqolustan regiondan toz və qum gətirib. Görüntü səviyyəsinin pisləşməsinə görə ölkə hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib.

Son xəbərlər

Orphus sistemi