İndoneziyada torpaq sürüşməsi qurbanlarının sayı artıb

İndoneziyada torpaq sürüşməsi qurbanlarının sayı artıb Bakı. 7 yanvar. REPORT.AZ/ İndoneziyanın Qərbi Yava əyalətinin Sukabumi şəhərində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi qurbanlarının sayı 31 nəfərə çatıb.
Digər ölkələr
7 Yanvar , 2019 05:28
İndoneziyada torpaq sürüşməsi qurbanlarının sayı artıb

Bakı. 7 yanvar. REPORT.AZ/ İndoneziyanın Qərbi Yava əyalətinin Sukabumi şəhərində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi qurbanlarının sayı 31 nəfərə çatıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyətlər üzrə Agentliyin nümayəndəsi Sutopo Purvo jurnalistlərə bildirib.

Onun sözlərinə görə, daha 2 nəfər itkin düşmüş hesab edilir. Təbii hadisə zamanı həmçinin 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Torpaq sürüşməsi zamanı 30 ev suyun altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.

Daha əvvəl bildirilirdi ki, İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi nəticəsində azı 15 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi