Myanmada toqquşmalar zamanı 13 polis əməkdaşı öldürülüb, yaralılar var

Myanmada toqquşmalar zamanı 13 polis əməkdaşı öldürülüb, yaralılar var Bakı. 5 yanvar. REPORT.AZ/ Myanmada Arakan ordusu islamçı hərəkatın silahlıları ilə toqquşmalarda azı 13 polis əməkdaşı həlak olub, daha 9 nəfər yaralanıb.
Digər ölkələr
5 Yanvar , 2019 01:52
Myanmada toqquşmalar zamanı 13 polis əməkdaşı öldürülüb, yaralılar var

Bakı. 5 yanvar. REPORT.AZ/ Myanmada "Arakan ordusu" islamçı hərəkatın silahlıları ilə toqquşmalarda azı 13 polis əməkdaşı həlak olub, daha 9 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, toqquşmalar Rakhayn ştatında baş verib. Ölkənin Rabitə Nazirliyinin məlumatına görə, ayrı-ayrı qəsəbələrin polis postlarına 150-ə yaxın silahlı hücum edib.

Sakinlər hücumla əlaqədar öz evlərini tərk ediblər. Hazırda onların axtarışı həyata keçirilir.

Daha əvvəl məlum olub ki, Myanmanın Arakan vilayətindəki zorakılıqlardan yaxa qurtarmaq üçün qonşu Banqladeşə qaçan müsəlmanların sayı 500 min nəfəri ötüb.

Son xəbərlər

Orphus sistemi