Yuxarı
    Bağlamaq

    ​Toni Bleyer Yaxın Şərq dördlüyünü tərk edib

    O istefası barədə BMT baş katibinə məktub yazıb

    Bakı. 28 may. REPORT.AZ/ Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer çərşənbə günü beynəlxalq ictimaiyyətin Yaxın Şərq səfiri postundan gedib.

    "Report" xəbər verir ki, diplomatik mənbələrdən "Associated Press"ə verilən məlumata görə, Bleyer BMT-nin baş katibi Pan Gi Muna öz istefası barədə məktub ünvanlayıb.

    ABŞ, Avropa İttifaqı, Rusiya və BMT-nin daxil olduğu dördlük 2007-ci ildə Fələstin institutlarının yaradılması və iqtisadiyyatının inkişafına yardım məqsədi ilə Bleyeri rəhbər vəzifəsinə təyin ediblər.

    Məmur qeyd edib ki, Bleyer əvvəlki kimi iki dövlətin yaradılması məsələsi üzrə dördlüyün gözləntilərinə sadiqdir və sülhün möhkəmlənməsində "qeyri-rəsmi" rol oynayacağına ümid edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi