Toni Bler siyasətə qayıdır

Toni Bler siyasətə qayıdır Bler: "Brexit" siyasətə daha yaxın olmağım üçün birbaşa motivasiya rolunu oynadı"
Digər ölkələr
1 May , 2017 13:09
Toni Bler siyasətə qayıdır

Bakı. 1 may. REPORT.AZ/ Böyük Britaniyanın sabiq baş naziri Toni Bler Birləşmiş Krallığın Avropa İttifaqından çıxışının onun siyasətə qayıtmaq fikrinə düşməsinə səbəb olduğunu açıqlayıb.

"Report" xəbər verir ki, o, bu barədə "The Daily Mirror"a müsahibəsində bildirib.

"Brexit" siyasətə daha yaxın olmağım üçün birbaşa motivasiya rolunu oynadı. Belə tarixi məqamda proseslərdən kənarda qala bilməzdim. Çünki bu, ölkəmin qayğısına qalmadığım anlamına gələrdi", - T.Bler vurğulayıb.

"Biz dəyişikliklərlə müəyyən olunan dünyada yaşayırıq. Mədəniyyətlər arasında gərginlik var, insanlar immiqrasiyaya, icmalarının necə dəyişməsinə görə narahatdırlar. İqtisadi stress halları çoxalıb, insanlar işinin keyfiyyətinə və ya ümumiyyətlə, iş tapıb-tapmayacağına görə narahatdır. Siyasi müzakirələr təşkil etmək üçün fəal iştiraka hazırlaşıram. Bu isə yenidən fəal siyasətə qayıdış deməkdir", - T.Bler fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi