Tokayev Qazaxıstanın hakim partiyasının yeni sədri seçilib

Digər ölkələr
  • 28 yanvar, 2022
  • 09:24
Tokayev Qazaxıstanın hakim partiyasının yeni sədri seçilib
Kasım-Jomart Tokayev

Yanvarın 28-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində hakim "Nur Otan" Partiyasının 21-ci (növbədənkənar) qurultayı keçirilib.

“Report” "Zakon.kz"a istinadən xəbər verir ki, onlayın formada baş tutan tədbirə ölkənin bütün bölgələrindən 389 nümayəndə qatılıb.

Qurultayda təşkilati məsələlərə baxılıb. Ölkə Prezidenti Kasım-Jomart Tokayev hakim partiyanın yeni sədri seçilib.

44 filmi