BRICS qarşılıqlı faydalı əməkdaşlığa can atan bir çox ölkələrin praktiki maraq göstərdiyi qlobal beynəlxalq cəlbetmə mərkəzinə çevrilib.
"Report"un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə görüşü zamanı deyib.
Onun sözlərinə görə, BRICS böyük inkişaf potensialına malikdir və müxtəlif qitələrin dövlətlərini birləşdirir, həmrəyliyi gücləndirir.
"Qazaxıstan üçün BRICS-ə üzv olan hər bir dövlətlə həqiqətən dostluq münasibətlərinin qurulması çox vacibdir. Şübhə yoxdur ki, BRICS-in çoxtərəfli səyləri hələ də əvəzolunmaz və universal struktur olan BMT-nin fəaliyyətini ahəngdar şəkildə tamamlayacaq", - K.Tokayev bildirib.
O vurğulayıb ki, Qazaxıstan BRICS məkanında tranzit-nəqliyyat əməkdaşlığının gücləndirilməsinə töhfə verməyə hazırdır.