Tillerson Rusiyanı Suriyada kimyəvi silah üzrə sazişi pozmaqda ittiham edib

Tillerson Rusiyanı Suriyada kimyəvi silah üzrə sazişi pozmaqda ittiham edib Dövlət katibi ABŞ-ın Suriyaya zərbə endirəcəyi barədə Rusiyanı xəbərdar etdiyini bildirib
Digər ölkələr
7 Aprel , 2017 08:30
Tillerson Rusiyanı Suriyada kimyəvi silah üzrə sazişi pozmaqda ittiham edib

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson hesab edir ki, Rusiya 2013-ci ilin sonunda bağlanmış Suriyada kimyəvi silahın qadağan olunmasına dair sazişin həyata keçirilməsinin öhdəsindən gələ bilməyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Tillersonun fikrincə, Rusiya ya "bacarıqsızdır" və sazişi həyata keçirə bilmir, ya da onun pozulması ilə birbaşa "əlaqəlidir".

Onun sözlərinə görə, öz növbəsində, prezident Donald Tramp Suriya hökumətinin "çirkin" addımlarına cavab olaraq qətiyyətli addımlar atmağa hazır olduğunu nümayiş etdirib.

ABŞ-ın dövlət katibi, həmçinin Pentaqonun ardından təsdiq edib ki, ABŞ hökuməti zərbə endirməyə hazırlaşdığı barədə Rusiyanı xəbərdar edib, lakin Moskvadan təsdiq cavabı gözləməyib.

Son xəbərlər

Orphus sistemi