Bakı. 11 aprel. REPORT.AZ/ Rusiya ya ABŞ, Avropa ölkələri, ya da Bəşər Əsəd və İran münasibətləri arasında seçim etməlidir.
"Report"un "Associated Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib.
"Biz Suriya xalqının əzablarını yüngülləşdirmək istəyirik. Rusiya bu cür gələcəyin bir hissəsi ola bilər və burada vacib rol oynaya bilər. Yaxud, hesab edirik ki, Rusiya uzunmüddətli perspektivdə rəsmi Moskvanın maraqlarına cavab verməyən qrupu dəstəkləməkdə davam edə bilər (Əsəd rejimi – red.)" - dövlət katibi deyib.
Onun sözlərinə görə, Vaşinqtonda Suriya münaqişəsinin nizamlanması müddətinə dair proqnozlar edilmir: "Lakin Qərb əmindir ki, Dəməşqdə olan hakimiyyət sonda dəyişəcək. Hamıya məlumdur ki, Əsəd ailəsinin hakimiyyəti bitmək üzrədir."