Yuxarı
    Bağlamaq

    Reks Tillerson: "Gələcəkdə Rusiya ilə münasibətlər pisləşə bilər"

    Münasibətlər daha da gərginləşə bilər

    Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson gələcəkdə Rusiya ilə münasibətlərin pisləşəcəyini ehtimal edir.

    "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

    "Rusiya ilə münasibətlər sizin bildiyiniz kimi kifayət qədər gərgindir. Münasibətlər daha da gərginləşə bilər" - o bildirib.

    Dövlət katibi həmçinin deyib ki, rəsmi Moskvaya bu yaxınlarda etdiyi səfər zamanı iki ölkə arasındakı münasibətlərin "tarixən minimal" səviyyədə olduğunu deyib.

    R.Tillersonun sanksiyalara münasibətin yaxşılaşması haqqında sözləri Rusiya Xarici İşlər Nazirliyi tərəfindən bəyənilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi