Tillerson: ABŞ İŞİD-in tam məhvinə qədər Suriyada qalacaq

Tillerson: ABŞ İŞİD-in tam məhvinə qədər Suriyada qalacaq Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Suriyada İŞİD-in tam məhvinə qədər bu ölkədə mövcudluğunu davam etdirəcək.
Digər ölkələr
18 Yanvar , 2018 00:12
Tillerson: ABŞ İŞİD-in tam məhvinə qədər Suriyada qalacaq
Foto: AFP

Bakı. 18 yanvar. REPORT.AZ/ ABŞ Suriyada İŞİD-in tam məhvinə qədər bu ölkədə mövcudluğunu davam etdirəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson bildirib.

O, qeyd edib ki, ABŞ Suriyada hərbi mövcudluğunu saxlayacaq ki, İŞİD yenidən meydana çıxmasın. “Bizim mövcudluğumuz müəyyən şərtlərə əsaslanacaq", - deyə o, Kaliforniyada Stenford Universitetindəki çıxışında deyib.

Reks Tillerson bildirib ki, İŞİD artıq bir qəbirdədir və nə qədər ki, o, qəti şəkildə darmadağın edilməyib, ABŞ-ın hərbi qüvvələri Suriyada qalacaq. 

Son xəbərlər

Orphus sistemi