Yuxarı
    Bağlamaq

    "The Wall Street Journal" rubrika və əməkdaşlarını ixtisar edir

    Qəzet dəyişikliklərdən sonra ilk dəfə noyabrın 14-də çıxacaq

    Bakı. 3 noyabr. REPORT.AZ/ Amerikanın tirajına görə öndə gedən nüfuzlu "The Wall Street Journal" qəzeti maliyyə məsələləri ilə əlaqədar çap versiyasında bəzi rubrikaların sayını azaldacaq və əməkdaşlarının bir hissəsini işdən çıxardacaq.

    "Report" xəbər verir ki, bu barədə baş redaktor Gerard Beykerin qəzet əməkdaşları arasında yaydığı xidməti kağızda qeyd olunur.

    Sənəddə bildirilir ki, qəzet yenilənmiş şəkildə ilk dəfə noyabrın 14-də çıxacaq.

    "Bütün qəzetlər struktur dəyişikliklərinə ehtiyac duyur, biz yaxın gələcəkdə çap versiyasının maliyyə təməlini möhkəmləndirməyə çalışırıq. Digər tərəfdən rəqəmsal versiyada üfüqlərimiz genişlənməkdə davam edir", - deyə Beyker sənddə yazıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi