“The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi

“The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi Nəşr yazır ki, peyvəndlərin qlobal paylanması nə ədalətli, nə də bərabər olub
Digər ölkələr
25 Fevral , 2021 17:54
“The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi

“Lap əvvəldən COVID-19 pandemiyası beynəlxalq səhiyyə sistemindəki boşluqları və zəif cəhətləri ortaya çıxararaq bütün dünya üçün əsl sınaq oldu, pandemiyanın bəzi məqamları siyasiləşdirildi və bəzi ölkələr millətçi proqramlarını beynəlxalq cəmiyyətin kollektiv sağlamlığından üstün tutdular. Pandemiyanın gətirdiyi kədərli tendensiyalar arasında ən son və ən aktual olanı isə “peyvənd millətçiliyi” adlandırılan şeydir”.

“Report” xəbər verir ki, bu fikirlər “The London Post” qəzetində dərc olunan məqalədə yer alıb.

Nəşr yazır ki, peyvəndlərin qlobal paylanması nə ədalətli, nə də bərabər olub, hətta inkişaf etmiş ölkələri aşı paylanması mövzusunda öz aralarında mübarizə aparıblar.

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasəti” beynəlxalq vebinarı zamanı Argentinadakı Çağdaş Yaxın Şərq Araşdırmaları Mərkəzinin (CEMOC) prezidenti Paulo Botta Latın Amerikasında peyvəndlərə məhdud təklif, maliyyə və siyasi məhdudiyyətlər barədə danışıb. Onun sözlərinə görə, COVID-19-dan ölüm hallarının çox olmasına baxmayaraq, Latın Amerikası peyvənd tətbiqinin hələ başlanğıc mərhələsindədir.

Eyni tədbir zamanı Salvadordaki Beynəlxalq Münasibətlər Araşdırmaları Mərkəzinin (CEERES) icraçı direktoru Sezar Edqardo Martines Flores “İctimai səhiyyə və təməl xidmətlər sahəsində cəmiyyət olaraq uğursuz olduq: COVID ilə millətçiliyin yenidən bərpa olunduğunun şahidinə çevrildik” deyib. Vaksin millətçiliyinin əməkdaşlığa zərərli təsirindən danışan Flores ölkələrin kimin peyvəndi birinci hazırlayacağı ilə bağlı öz aralarında yarışmasının böhranı daha da artırdığını söyləyib.

Qəzetin qeyd etdiyi kimi, peyvəndləmə proqramında beynəlxalq əməkdaşlıq gücləndirilməzsə, virus sirkulyasya etməyə, mutasiyaya uğramağa davam edəcək, daha çox qaçınılmaz ölümlərə səbəb olacaq və qlobal iqtisadi artımı azaldacaq. Bunu nəzərə alaraq, ədalətli peyvənd paylama təşəbbüsünə qoşulmaq və “Hamı təhlükəsizlikdə olmayınca heç kim təhlükəsizlikdə deyil” şüarını izləmək daha az xərc tutumludur.

Son xəbərlər

Orphus sistemi