Yuxarı

​2014-cü ildə baş verən təyyarə qəzalarında 884 nəfər ölüb

Bu 2005-ci ildən bu yana qeydə alınan ən pis göstəricidir

Bakı. 9 yanvar. REPORT.AZ/ 2014-cü ildə dünyada baş verən təyyarə qəzaları zamanı 884 nəfər dünyasını dəyişib ki, bu da 2005-ci ildən bu yana qeydə alınan ən pis göstəricidir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ötən il aviaqəzalarda ölənlərin 3/4 hissəsi Cənubi Asiya şirkətlərinə məxsus təyyarələrin iştirakı ilə baş verən üç iri qəzanın payına düşüb:

227 nəfər mart ayında "Malaysian Airlines"ə məxsus "Boeing - 777" təyyarəsi ilə birgə Hind okeanı üzərində itkin düşüb; 283 nəfər iyul ayında eyni şirkətə məxsus eyni model təyyarənin Ukrayna üzərində vurulması nəticəsində həlak olub; daha 155 nəfər dekabrda "AirAsia"ya məxsus təyyarədə qəzaya uğrayıb.

Qeyd edək ki, 2013-cü ildə təyyarə qəzaları zamanı 220 nəfər həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi