Texasın baptist kilsəsində naməlum şəxs atəş açıb, 26 nəfər ölüb, 24-ü yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Texasın baptist kilsəsində naməlum şəxs atəş açıb, 26 nəfər ölüb, 24-ü yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Silahlı insidenti törədən şəxs 26 yaşlı keçmiş Bibliya müəllimi Devin Patrik Kellidir
Digər ölkələr
5 Noyabr , 2017 23:54
Texasın baptist kilsəsində naməlum şəxs atəş açıb, 26 nəfər ölüb, 24-ü yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

İlk xəbər 23:35-də dərc olunub

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən baptist kilsəsində naməlum şəxs atəş açıb.

"Report" "Kens 5"ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, insident nəticəsində 27 nəfər ölüb, daha 24 nəfər yaralanıb. Onların arasında çoxlu sayda uşaqların olduğu bildirilir.

Polisin məlumatına görə, atəş açan şəxs zərərsizləşdirilib.

CBS-in məlumatına görə, silahlı insidenti törədən şəxs 26 yaşlı keçmiş Bibliya müəllimi Devin Patrik Kellidir.

Qeyd olunur ki, o bunadək ABŞ Hərbi Hava Qüvvələri sıralarından xaric edilib.

 

Son xəbərlər

Orphus sistemi