ABŞ-ın Texas ştatının Harris dairəsindəki kimya zavodunda yanğın baş verib.
"Reportun" RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, iki nəfər ciddi xəsarət alıb.
Qeyd olunur ki, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, lakin onların sayı hələ dəqiqləşdirilməyib.
Yanğın xidmətinin əməkdaşları əraziyə yollanıb və yerli məktəbin şagirdlərinə sinifdən çıxarkən maskalardan istifadə etmələrini tövsiyə edib.