Texasda qatarla yük avtomobili toqquşub, güclü partlayış olub

Texasda qatarla yük avtomobili toqquşub, güclü partlayış olub Milam qəzasının şerifi Kris Uayt ölən və xəsarət alanın olmadığını deyib
Digər ölkələr
23 Fevral , 2021 21:07
Texasda qatarla yük avtomobili toqquşub, güclü partlayış olub

ABŞ-ın Texas ştatının Kameron şəhərində bu gün səhər qatarla yük avtomobilinin toqquşması nəticəsində güclü partlayış baş verib və ardınca yanğın olub.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, qatar kömür və benzinlə yüklü olub.

Milam qəzasının şerifi Kris Uayt ölən və xəsarət alanın olmadığını deyib.

Ətrafda azı bir yaşayış evinin yandığı bildirilir. Hadisə yerinə həm yerli, həm də qonşu şəhərlərin yanğın xidmətləri və könüllülər cəlb edilib. Yaxınlıqda yaşayan yaşlı sakinlər təxliyə olunub.

Son xəbərlər

Orphus sistemi