Texasda qaradərili yeniyetməni güllələyərək öldürən polis həbs olunub

Texasda qaradərili yeniyetməni güllələyərək öldürən polis həbs olunub Saxlanıldıqdan az sonra kişi 300 min dollar girov müqabilində sərbəst buraxılıb
Digər ölkələr
7 May , 2017 00:59
Texasda qaradərili yeniyetməni güllələyərək öldürən polis həbs olunub

Bakı. 7 may. REPORT.AZ/ Amerikanın Dallas şəhərinin (Texas ştatı) hüquq-mühafizə orqanlarının əməkaşları qaradərili Conatan Edvartsın qətlində ittiham olunan sabiq polis Roy Oliveri həbs ediblər.

“Report” xəbər verir ki, bu barədə USA Today nəşri yazıb.

Qeyd olunur ki, saxlanıldıqdan az bir vaxt sonra kişi 300 min dollar girov müqabilində sərbəst buraxılıb. Məhkəmə çəkişməsinin nə zaan başlayacağı açıqlanmır.

Oliver xidməti vəzifələrini icra edən zaman avtomobilin sərnişin oturacağında olan 15 yaşlı Edvardsı güllələyib. O, insidentdən dərhal sonra 6 il stajı olduğu işdən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi