Texasda məktəbdə atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2 - VİDEO

Texasda məktəbdə atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2 - VİDEO Atəş açan şəxs saxlanılıb
Digər ölkələr
18 May , 2018 22:00
Texasda məktəbdə atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2 - VİDEO
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 10-a çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis şerifi məlumat yayıb.

Hadisəni törədən şəxs saxlanılıb.

***19:34

ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 8 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "АВС13" telekanalı mənbələrinə istinadən xəbər verir.

Ölənlərin müəllim və ya şagird olduğu bilinmir.

Atəş açan şəxs saxlanılıb.

Qeyd edək ki, Santa-Fe məktəbində 1400-dək şagird təhsil alır.

*** 17:50

ABŞ-ın Santa-Fe şəhərində (Texas ştatı) orta məktəbdə atışma olub.

"Report" xəbər verir ki, bu barədə məktəbin bəyanatında deyilir.

"Bölgə mühasirəyə alınıb. Əlavə məlumat əldə edən kimi yeni bilgi veriləcək", - bəyanatda vurğulanır.

İngilis versiyası Shooting at US school

Son xəbərlər

Orphus sistemi