Texasda bəndin yarılmasından sonra təcili təxliyyə elan edilib

Texasda bəndin yarılmasından sonra təcili təxliyyə elan edilib Mümkün subasma zonasında məhz nə qədər insanın olduğu açıqlanmır
Digər ölkələr
29 Avqust , 2017 22:48
Texasda bəndin yarılmasından sonra təcili təxliyyə elan edilib

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-ın "Harvi" qasırğası səbəbindən güclü daşqınların davam etdiyi Texas ştatının Brazoria dairəsində bənd yarılıb.

"Report" xəbər verir ki, bu barədə yerli dairə hakimiyyətinin "Twitter" hesabında məlumat yerləşdirilib.

"Kolumbiya gölündəki bənd dağılıb. Oradan uzaqlaşın!", - deyə məlumatda bildirilir.

Mümkün subasma zonasında məhz nə qədər insanın olduğu qeyd olunmur.

Eyni zamanda Hyuston şəhərinin qərb mərkəzinin 30,5 km-də yerləşən süni su anbarı da dolub.

Son xəbərlər

Orphus sistemi