Texasda 9 milyon nəfər susuz qalıb
Digər ölkələr
- 23 fevral, 2021
- 07:18
ABŞ-ın Texas ştatında şaxtalı hava şəraiti səbəbindən 1 200-dən artıq su sistemi yararsız hala düşüb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ştatın valisi Qreq Ebbott bildirib.
Onun sözlərinə görə, Texas Milli Mühafizəçiləri ötən həftənin sonunda 3,5 milyon şüşə su paylayıb. Milyonlarla sakinin yaşayışına təsir göstərən elektrik enerjisində yaranan fasilələr bu günlərdə böyük miqyasda bərpa olunub. Hazırda ştatda 9 milyon sakin su qıtlığından əziyyət çəkir.
Qeyd edək ki, fevralın 11-dən Texas başda olmaqla ABŞ-ın bir sıra ştatlarında havanın soyuq və şaxtalı keçməsi nəticəsində 60 nəfər ölüb. Ölüm hadisələrinin 30-ı Texasda qeydə alınıb.
Xatırladaq ki, 2019-cu ilin məlumatına əsasən, Texasın 29 milyon nəfər əhalisi var.
Son xəbərlər
23:33
Ermənistanın XİN başçısı: Moskva Türkiyə və Azərbaycan sərhədinə aparan dəmir yolunun bərpasının müzakirəsinə hazırdır
Region23:20
Mirzoyan: Oktyabrda Ermənistanda Ermənistan-Türkiyə biznes-forumu keçiriləcək
Region23:06
"Axios": Tramp Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirir
Digər ölkələr22:46
Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb
Region22:34
"Mançester Siti" Entso Fernandes üçün rəsmi təklif göndərib
Futbol22:26
İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq
Digər ölkələr22:15
Foto
Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir
Milli Məclis22:05
Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
Futbol22:04
Foto