Texas federal məhkəməsi “Obamacare” qanununu ləğv edib

Texas federal məhkəməsi “Obamacare” qanununu ləğv edib Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatındakı Fort Uort Federal Məhkəməsi ölkə səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyan və qeyri-rəsmi “Obamacare” adı ilə tanınan qanunu ləğv edib.
Digər ölkələr
15 Dekabr , 2018 09:48
Texas federal məhkəməsi “Obamacare” qanununu ləğv edib

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatındakı Fort Uort Federal Məhkəməsi ölkə səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyan və qeyri-rəsmi “Obamacare” adı ilə tanınan qanunu ləğv edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hakim ABŞ Konqresi tərəfindən qanundakı tibbi sığorta olmadıqda cərimənin nəzərdə tutulduğu başlıca müddəanın çıxarılmasına görə sənədin bütövlüklə ləğv edilməsi qənaətinə gəlib. Həmin qərar 20 ştatın irəli sürdüyü iddiaya əsasən çıxarılıb.

Qeyd edək ki, bu qanunun tətbiqi sayəsində tibbi xidmət alan 20 milyonadək amerikalı indi tibbi sığortadan məhrum ola bilər. Hələlik ABŞ Səhiyyə Nazirliyi və Ağ Ev məsələni şərh etməyib.

İngilis versiyası US court repeals Obamacare

Son xəbərlər

Orphus sistemi