“Tesla” bitkoinin ucuzlaşması səbəbindən altı ayda 170 milyon dollar itirib

“Tesla” bitkoinin ucuzlaşması səbəbindən altı ayda 170 milyon dollar itirib Amerikanın elektromobil istehsalçısı “Tesla Inc” bu ilin birinci yarısında bitkoinin qiymətdən düşməsi səbəbindən 170 milyon ABŞ dolları itirib.
Digər ölkələr
26 İyul , 2022 06:58
“Tesla” bitkoinin ucuzlaşması səbəbindən altı ayda 170 milyon dollar itirib

Amerikanın elektromobil istehsalçısı “Tesla Inc” bu ilin birinci yarısında bitkoinin qiymətdən düşməsi səbəbindən 170 milyon ABŞ dolları itirib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şirkətin ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) üçün sənədlərində deyilir.

Eyni zamanda şirkət bir sıra kriptovalyuta satışı əməliyyatlarından 64 milyon dollar gəlir əldə edib.

“Tesla”nln rəhbəri İlon Mask keçən həftə bildirib ki, şirkət bu ilin ikinci rübündə Şanxayda bir zavodun koronavirus səbəbindən bağlanması fonunda nağd pul toplamaq üçün 936 milyon dollar dəyərində bitkoin satıb.

Şirkət bitkoinlərinin təxminən 75 %-ni satıb. Ümumilikdə, “Tesla” 1,5 milyard dollar məbləğində kriptovalyutalara sahib idi və iyunun sonunda təxminən 218 milyon dollar qalmışdı.

Son xəbərlər

Orphus sistemi