Tərxis olunmuş hərbçilər qrupu Kot-d'İvuarın Buake şəhərini ələ keçirib

Tərxis olunmuş hərbçilər qrupu Kot-d'İvuarın Buake şəhərini ələ keçirib Ordu döyüş hazırlığı vəziyyətinə gətirilib
Digər ölkələr
6 Yanvar , 2017 18:35
Tərxis olunmuş hərbçilər qrupu Kot-d'İvuarın Buake şəhərini ələ keçirib

Bakı. 6 yanvar. REPORT.AZ/ Tərxis olunmuş hərbçilər qrupu silah anbarını zəbt edib və Kot-d'İvuarın Buake şəhərini ələ keçirib.

Bu barədə"Report" "Reuters"ə istinadən xəbər verir.

Yerli sakinlərin sözlərinə görə, bu səhər şəhər yaxınlığında atışma səsləri eşidilib. Bir müddət sonra keçmiş hərbçilərdən ibarət terrorçuların polis məntəqələrində silah ələ keçirdikləri və Buake şəhərinin girişində mövqe tutduqları məlum olub. Yaranan vəziyyətlə əlaqədar insanlar şəhəri tərk etməyə başlayıblar.

Kot-d'İvuar ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və növbəti addımları gözləyir.

Qeyd edək ki, əhalisi 500 min nəfərdən çox olan Buake paytaxt Yamusukrodan 100 km aralıda yerləşir.

Son xəbərlər

Orphus sistemi