Bakı. 3 avqust. REPORT.AZ/ Suriyanın Hələb şəhərinə terrorçular tərəfindən tərkibində zəhərləyici maddələr olan mərmilər atılıb, 5 dinc sakin həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə şəhəri müdafiə edən könüllülərə istinadən RİA "Novosti" məlumat yayıb.
"Terrorçular tərkibində boğulma və əsəb sistemində zəiflik yaradan maddə tərkibli silah tətbiq ediblər. 5 nəfər boğularaq ölüb", — deyə agentliyin həbsöhbəti bildirib.
Məlumata görə, mərmilər Bab-əl-Fərəc və Bustan-Kel-Ab məhəllələrində baş verib.