Yuxarı
    Bağlamaq

    Tereza Mey kraliçadan yeni Nazirlər Kabineti qurmaq üçün icazə istəyəcək

    Bu barədə jurnalistlərə baş nazirin rəsmi nümayəndəsi məlumat verib© Bloomberg

    Bakı. 9 iyun. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey bu gün yeni Nazirlər Kabineti qurmaq məqsədi ilə kraliça II Yelizavetadan icazə istəmək üçün onunla görüşəcək.

    "Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş nazirin rəsmi nümayəndəsi məlumat verib.

    Bu, T.Meyin mühafizəkarlar üçün seçkilərin nəticəsinin ürəkaçan olmamasına baxmayaraq, azlıq hökuməti qurmağa hazırlaşdığını göstərən formal prosedurdur.

    Qeyd edək ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyası iyunun 8-də keçirilmiş növbədənkənar seçkilərdə parlament çoxluğundan məhrum olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi