Tereza Mey “Brexit”dən sonra istefa verəcəyini açıqlayıb

Tereza Mey “Brexit”dən sonra istefa verəcəyini açıqlayıb Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişi qüvvəyə mindikdən sonra istefa verəcəyini açıqlayıb.
Digər ölkələr
27 Mart , 2019 22:22
Tereza Mey “Brexit”dən sonra istefa verəcəyini açıqlayıb

Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişi qüvvəyə mindikdən sonra istefa verəcəyini açıqlayıb. 

"Report" "TASS"-a istinadən xəbər verir ki, Tereza Mey Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında bildirib: "Bizim ölkəmizin və partiyamızın düzgün hesab etdiyini həyata keçirmək üçün mən baş nazir vəzifəsini planlaşdırdığımdan öncə tərk etməyə hazıram".

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı idi. Ancaq Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini iki dəfə rədd edib. Nəticədə rəsmi London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Mayın 23-də isə Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib. 

Son xəbərlər

Orphus sistemi