Tereza Mey Böyük Britaniya Parlamentinə yenidən seçilib

Tereza Mey Böyük Britaniya Parlamentinə yenidən seçilib Baş nazir Meydenhed şəhərində qalib gəlib
Digər ölkələr
9 İyun , 2017 07:33
Tereza Mey Böyük Britaniya Parlamentinə yenidən seçilib
Globallookpress

Bakı. 9 iyun. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey parlamentə yenidən seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, baş nazir Berkşir qraflığının Meydenhed şəhərində qələbə qazanıb.

Onun namizədliyinə 37 min insan səs verib.

Ondan əvvəl İcmalar Palatasına Britaniyanın xarici işlər naziri Boris Conson, təhsil naziri Castin Qrininq, müdafiə naziri Maykl Fellon, həmçinin leyboristlərin lideri Ceremi Korbin seçilib.

Son məlumatlara görə, müxalifətyönlü Leyboristlər partiyası İcmalar Palatasında 169, baş nazirin Mühafizəkarlar partiyası isə 154 yer qazanmaqdadır.

Son xəbərlər

Orphus sistemi