Tereza Mey: "Aİ vətəndaşları "Brexit"dən sonra da Britaniyada qala biləcəklər"

Tereza Mey: "Aİ vətəndaşları "Brexit"dən sonra da Britaniyada qala biləcəklər" "Böyük Britaniyada ev əldə edən Aİ vətəndaşlarını əmin etmək istəyirəm ki, heç kim getməyə məcbur olmayacaq"
Digər ölkələr
23 İyun , 2017 11:36
Tereza Mey: Aİ vətəndaşları Brexitdən sonra da Britaniyada qala biləcəklər

Bakı. 23 iyun. REPORT.AZ/ Avropa İttifaqına üzv ölkələrin vətəndaşları "Brexit" proseduru bitdikdən sonra da Birləşmiş Krallıqda qala biləcəklər. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

"Böyük Britaniyada ev əldə edən Aİ vətəndaşlarını əmin etmək istəyirəm ki, heç kim getməyə məcbur olmayacaq", - T.Mey Brüsseldə Avropa Şurasının plenar iclasında iştirak etmək üçün Belçika paytaxtına gəlişi zamanı jurnalistlərə deyib.

T.Meyin sözlərinə görə, daha ətraflı təklif Britaniya hökuməti tərəfindən iyunun 26-da müəyyənləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl baş nazirin belə vətəndaşların hüquqlarının Aİ məhkəməsində baxılmasını təklif edən Brüsselin planlarını rədd etdiyi xəbəri yayılmışdı.

Xatırladaq ki, 2016-cı il iyunun 23-də Böyük Britaniyada Aİ-dən çıxış məsələsi üzrə referendum keçirilib. Britaniyalıların 52%-i ölkənin İttifaqdan çıxmasının lehinə, 48% isə əleyhinə səs verib. Bundan bir gün sonra Britaniyanın baş naziri Devid Kemeron referendumun nəticələrinə görə istefaya getdiyini bildirib. 13 iyul 2016-cı il tarixindən isə Britaniya hökumətinə Tereza Mey rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi