Rza Seyfullah: "Tehranda terror aktlarını İran əsilli şəxslər həyata keçirib"

Rza Seyfullah: "Tehranda terror aktlarını İran əsilli şəxslər həyata keçirib" Bu barədə "Reuters" İranın yerli telekanalına istinadən xəbər verib
Digər ölkələr
8 İyun , 2017 00:58
Rza Seyfullah: Tehranda terror aktlarını İran əsilli şəxslər həyata keçirib
Courtesy İmage

Bakı. 8 iyun. REPORT.AZ/ Tehran şəhərində terror aktlarını həyata keçirənlər İran əsilli olublar.

"Report"un məlumatına görə, bu barədə "Reuters" İranın yerli telekanalına istinadən xəbər verib.  

"...Terrorçuların şəxsiyyətinə gəlincə, onu qeyd etməliyəm ki, onlar İran vətəndaşları olublar və İŞİD terror qruplaşmasına qoşulublar" – deyə İranın Milli Təhlükəsizlik Şurası sədrinin müavini Rza Seyfullah bildirib.

Qeyd edək ki, iyunun 7-də bir neçə terrorçu tərəfindən Tehranda törədilmiş terror aktlarında 13 nəfər ölüb, daha 43 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.   

Son xəbərlər

Orphus sistemi