Yuxarı
    Bağlamaq

    ABŞ-ın İndiana ştatında keçirilən ilkin seçkilərin nəticələri məlum olub

    Berni Sanders Hillari Klintonu üstələyir

    Bakı. 4 may. REPORT.AZ/ ABŞ prezidentliyinə namizədliyə iddiaçılar arasında İndiana ştatında keçirilən ilkin seçkilərin nəticələri məlum olub.

    "Report" BBC-yə istinadən xəbər verir ki,  ABŞ telekanallarının hesablamalarına görə, Vermont ştatının senatoru Berni Sanders Demokratlar Partiyasının İndiana ştatındakı praymerizində Hillari Klintonu üstələyir. Səslərin təxminən 70 faizinin hesablanması ilə B.Sanders keçmiş dövlət katibini 7 fazi qabaqlayır.

    Amma bu ilkin seçkidəki qələbənin B.Sandersin Demokratlar Partiyasından ABŞ prerzidentliyinə namizəd olmağa yardım edəcəyi ehtimalı çox aşağıdır. Çünki H.Klintona çatmaq praktiki olaraq qeyri-mümkün görünür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi