Tbilisidən Azərbaycan sərhədinə qədər avtomobil yolunda "ağıllı kameralar" quraşdırılıb

Tbilisidən Azərbaycan sərhədinə qədər avtomobil yolunda "ağıllı kameralar" quraşdırılıb Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycanla sərhəddə yerləşən Qırmızı körpü sərhəd-keçid məntəqəsinə qədər olan avtomobil yolunda ağıllı kameralar quraşdırılıb.
Digər ölkələr
5 Sentyabr , 2019 13:56
Tbilisidən Azərbaycan sərhədinə qədər avtomobil yolunda ağıllı kameralar quraşdırılıb

Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə qədər olan avtomobil yolunda "ağıllı kameralar" quraşdırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sürət həddini müəyyən edən "smart kameralar" Kvemo Kartli (Borçalı) bölgəsində 4 lokasiyada yerləşdirilib.

Qeyd edək ki, "ağıllı kameralar" avtomobilin müəyyən olunan sürət həddini aşmasını avtomatik müəyyən edir və videocərimə tətbiq edir.

Son xəbərlər

Orphus sistemi