Tbilisi meriyası Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilənin ləğvi proseduruna başlayıb

Tbilisi meriyası Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilənin ləğvi proseduruna başlayıb Tbilisi meriyası beynəlxalq sanksiyalara görə Tbilisi metropolitenini vaqonlarla təchiz etməli olan Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilənin ləğvi prosesinə başlayıb.
Digər ölkələr
19 May , 2023 20:17
Tbilisi meriyası Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilənin ləğvi proseduruna başlayıb

Tbilisi meriyası beynəlxalq sanksiyalara görə Tbilisi metropolitenini vaqonlarla təchiz etməli olan Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilənin ləğvi prosesinə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tbilisi meriyasının cümə günü yaydığı məlumatda deyilir.

“2023-cü il mayın 19-da beynəlxalq tərəfdaşlarımız bu şirkətə qarşı sanksiyalar tətbiq ediblər. Bildiyiniz kimi, Gürcüstan beynəlxalq maliyyə sanksiyalarını yerinə yetirir. Buna görə də Tbilisi meriyası sanksiya siyahısına düşmüş şirkət ilə əməkdaşlıq etmək fikrində deyil və “Metrovaqonmaş”la bağlanmış müqaviləni ləğv edəcək”, - bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi