Tayvanda zəlzələ qurbanlarının sayı 9 nəfərə çatıb, 265 yaralı var

Tayvanda zəlzələ qurbanlarının sayı 9 nəfərə çatıb, 265 yaralı var Bakı. 8 fevral. REPORT.AZ/ Tayvanın şərq hissəsində yerləşən Hualyan şəhərində baş vermiş zəlzələ qurbanlarının sayı 9 nəfərə çatıb.
Digər ölkələr
8 Fevral , 2018 04:52
Tayvanda zəlzələ qurbanlarının sayı 9 nəfərə çatıb, 265 yaralı var
Foto: "AP"

Bakı. 8 fevral. REPORT.AZ/ Tayvanın şərq hissəsində yerləşən Hualyan şəhərində baş vermiş zəlzələ qurbanlarının sayı 9 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi şəhərin operativ qərargahına istinadən məlumat yayıb.

Bildirilir ki, daha 62 nəfər itkin düşmüş sayılır.

Tayvanda güclü zəlzələ fevralın 7-də, yerli vaxtla saat 23:50-də baş verib. Yeraltı təkanlar adanın şərq sahilində baş verib və yaşayış məntəqələrində, o cümlədən Taybe inzibati mərkəzində hiss edilib. Tayvan seysmoloqlarının qiymətləndirmələrinə görə, zəlzələ 6 maqnitudada olub, Çində isə bu rəqəm 6,5 olaraq göstərilib.

Zəlzələnin episentri Hualyan şəhərinin şərq zonası hövzəsində, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Bu, Hualyan şəhərində son 50 ildə ən dağıdıcı zəlzələdir. 

Dünən regionda növbəti dəfə zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi