Tayvanda zəlzələ nəticəsində itkin düşənlərin axtarışı üzrə xilasetmə əməliyyatı dayandırılıb

Tayvanda zəlzələ nəticəsində itkin düşənlərin axtarışı üzrə xilasetmə əməliyyatı dayandırılıb Bakı. 9 fevral. REPORT.AZ/ Tayvanda zəlzələ nəticəsində çökən binaların dağıntıları altında qaldığı ehtimal edilən 7 nəfərin axtarışı üzrə xilasetmə əməliyyatı dayandırılıb.
Digər ölkələr
9 Fevral , 2018 14:49
Tayvanda zəlzələ nəticəsində itkin düşənlərin axtarışı üzrə xilasetmə əməliyyatı dayandırılıb
REUTERS / Tyrone Siu

Bakı. 9 fevral. REPORT.AZ/ Tayvanda zəlzələ nəticəsində çökən binaların dağıntıları altında qaldığı ehtimal edilən 7 nəfərin axtarışı üzrə xilasetmə əməliyyatı dayandırılıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, indi binaların sökülməsinə başlanılıb.

Daha əvvəl xilasedicilər itkin düşənləri tapmaq üçün son cəhdi həyata keçiriblər. Onlar axtarışlarda bu insanların aşkarlanması ehtimalını çox az olduğunu qeyd ediblər.

Xatırladaq ki, fevralın 6-da Tayvanın Hualyan qəzası sahillərində 6,4 bal gücündə zəlzələ olub. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib. Fevralın 7-də Hualyanda ikinci zəlzələ baş verib. Geoloji xidmətlər 5,7-6,1 bal gücündə təkanlar qeydə alıblar.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 10 nəfər ölüb, 200-dən çox zərər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi