Tayvanda yanğın zamanı 7 nəfər ölüb

Tayvanda yanğın zamanı 7 nəfər ölüb Ölənlərdən 5 nəfəri yanğınsöndürəndir
Digər ölkələr
29 Aprel , 2018 09:22
Tayvanda yanğın zamanı 7 nəfər ölüb

Bakı. 29 aprel. REPORT.AZ/ Tayvanda güclü yanğın nəticəsində azı 7 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, faciə gecə saatlarında Taoyuan şəhərində mikrosxem istehsal edən müəssisədə baş verib.

Ölənlərdən ikisi müəssisənin işçisi, daha 5 nəfər isə yanğınsöndürəndir.

Yanğın-xilasetmə dəstəsinin 7 əməkdaşı xəsarət alıb və xəstəxanalara çatdırılıb. Yanğının səbəbi müəyyənləşdirilir, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi